Beşiktaş məhz onu istəyir

Zlatan İbrahimoviçin də formasını geydiyi PSJ-nin futbolçusu Nene "Beşiktaş"ın diqqət mərkəzindədir. Siasport.az saytının məlumatına görə, məhz İbrahimoviçin gəlişindən sonra əsas heyətdə yer tapa bilməyən Nene bu mövsüm yalnız 3 oyunda ilk dəqiqədən meydana çıxmışdı. Futbolçunun özünündə bu transfer fikrinə müsbət yanaşdığı deyilir.

Xatırladaq ki, mövsümün əvvəlində Nene ilə "Qalatasaray" klubu da maraqlanırdı. Lakin son anda transfer reallaşmadı.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə