"Qarabağ" klubu "Bakı" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın IX turunda paytaxtın eyniadlı komandasını qəbul edəcək Ağdam təmsilçisi gündə 2 dəfə məşqlərini davam etdirir. Milli oyunlar səbəbindən komandadan ayrı düşən milli futbolçularımız sabahdan komandanın məşqlərinə qoşulacaqlar. Zədəli Əfran İsmayılov və Mustafa Afroto hələdə komandadan ayrı çalışırlar. Adıçəkilən futbolçuların bakılılarla oyunu buraxacağı gözlənilir.
"Qarabağ"ın "Bakı" ilə oyunu oktyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB