Rusiya və Azərbaycan milli komandaları arasında keçirilmiş oyun zamanı ermənilər Azərbaycan bayrağını yandırıb. Siasport.az saytı rus KİV-nə istinadən xəbər verir ki, bu barədə azərbaycanlı azarkeşlər məlumat verib. Saytın əməkdaşı azərbaycanlı azarkeşlərə yaxınlaşaraq oyun ilə bağlı fikirlərini öyrənərkən həmyerlilərimiz ermənilərin oyunda da təxribata əl atdıqları barədə açıqlama verib. Jurnalist isə azarkeşlərə "Nəyə əsasən bayrağı yandıranların məhz ermənilər olduğunu qərara aldınız",- sualını ünvanlayıb. Cavab olaraq isə həmyerlilərimiz bayrağımızı yandırlanların özləri ilə erməni bayrağını da gətirdiklərini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB