Türkiyə millisi Braziliyada keçiriləcək Dünya Çempionatına "əlvida" dedi!

Türkiyə millisi Braziliyada keçiriləcək Dünya Çempionatına "əlvida" dedi!

Futbol üzrə Türkiyə millisi yenə meydanı məğlubiyyətlə tərk edib. Siasport.az saytı xəbər verir ki, Hollandiya və Rumıniyanın ardından dünən axşam Macarıstan yığması ilə qarşılaşan "ay ulduzlular", rəqib qarşısında oynadıqları acınacaqlı futbol ilə meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. Bununla da qrupda cəmi 3 xalı olan Türkiyə millisi, 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatına "əlvida" demiş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə