Qılıncoynatma üzrə Bakı birinciliyi keçirilib

Qılıncoynatma üzrə Bakı birinciliyi keçirilib

Azərbaycan Qılıncoynatma Federasiyasının idman zalında gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Neftçi İSM", "8 saylı İOEUGİM", "Binəqədi 14 saylı UGİM", "Fencing İK" kimi komandaları təmsil edən 58 idmançı (36 oğlan, 22 qız) şpaqa, sablya, rapira növlər üzrə mübarizə aparıblar.

Birincilikdə I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə