Ölkə çempionu Bakının qadınlardan ibarət "Rabitə" voleybol klubu klublararası dünya çempionatının qrup mərhələsində son matçına çıxıb. Siasport.az saytının məlumatına görə, Qətərin paytaxtı Dohada keçirilən mindialda baş məşqçi Marçello Abbondanzanın yetirmələri Çinin "Bohay Bank" klubu ilə qarşılaşıblar. Oyun 3:1 (25:20, 25:22, 18:25, 25:21) hesabı ilə "Rabitə"nin xeyrinə başa çatıb və komandamız dünya çempionatının yarımfinalına yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB