Berti Foqts: "Düzgün futbol oynamalı olduğumuzu unutduq"

Berti Foqts: "Düzgün futbol oynamalı olduğumuzu unutduq"

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya - Azərbaycan oyunudan sonra millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi rəqibin fiziki cəhətdən daha hazırlıqlı oldiuğunu qeyd edib: "Öncə Rusiya yığmasını təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Fiziki cəhətdən daha hazırlıqlı idilər və hücumda bizdən yaxşı oynayırdılar.

Uzun müddət qol buraxmadıq. Lakin necə düzgün futbol oynamalı olduğumuzu unutduq, səhvlər buraxdıq. Əzmkarlıq və oyuna köklənmədən razı qaldım. Təəssüf ki, qol vura bilmədik, üstəlik, özümüz qol buraxdıq.

İlk 15 dəqiqədə daha yaxşı oynadıq. Ancaq sonradan nədənsə passiv çıxış etdik. 2-ci hissədə oyunumuz müsbət istiqamətdə dəyişdi.

Penaltini epizodunu görmədim. Səhvlərə yol verəndə onu qəbul etməliyik. Hakim qərar qəbul edib və onu dəyişdirmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com