Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnir "İnter" Peşəkar İdman Klubu və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub.
Yarışda 10 çəki dərəcəsi üzrə idmançılar mübarizə aparıblar. Qızıl medallar uğrunda Azərbaycanın, Gürcüstanın və Rusiyanın cüdoçuları yarışıblar. "İnter"in idmançıları turnirdə iki medal (bir qızıl, bir bürünc) qazanmaqla fərqləniblər. Yarışın qaliblərinə və mükafatçılarına kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu, "İnter" Peşəkar İdman Klubu tərəfindən təşkil olunumuş ikinci beynəlxalq turnirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB