Rusiya - Azərbaycan matçında asayişi 2,6 min polis qoruyacaq

Rusiya - Azərbaycan matçında asayişi 2,6 min polis qoruyacaq

"Lujniki" stadionunda 2014-cü il dünya çempionatının seçmə oyunları çərçivəsində Rusiya - Azərbaycan görüşü zamanı asayişi 2,6 min polis qoruyacaq. Siasport.az saytı xəbər verir ki, Rusiya XİN-in saytında yer almış məlumatda deyilir ki, stadion və ətraf ərazilər oyundan əvvəl kinoloqlar tərəfindən xidməti itlərlə axtarılacaq. Azarkeşlərin "Lujniki" stadionunun ərazisinə buraxılması metal detektorları vasitəsilə həyata keçiriləcək. Şəhərdə keşikçəkmə marşrutları matçın yayımlanacağı idman barlarına maksimum yaxın olacaq.
İctimai asayişi təmin etmək üçün "Lujniki" böyük idman meydanının ərazisinə hüquq mühafizə orqanlarının 2,6 min əməkdaşı, o cümlədən Moskva polisinin Xüsusi Təyinatlı Mərkəzinin 370 əməkdaşı, Rusiya DİN-in daxili qoşunlarının 1460 əməkdaşı cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə