Hamit Altıntopdan acı etiraf!

Futbol üzrə Türkiyə millisinin və İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Hamit Altıntop, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "DÇ-2014" çərçivəsində Hollandiya və Rumıniya milliləri ilə keçirdikləri hər iki qarşılaşmada məğlubiyyət acısı yaşayan "ay-ulduzlular"ın forvardı, bəzi türk futbolçuların Superliqada qol kralı olduqları halda, Avropa miqyaslı oyunlarda həttda rəqib qapısına belə yaxınlaşa bilmədiklərini etiraf edib: "Türkiyədə sənə qol kralı deyə bilərlər. Amma Avropaya çıxdığında bunun belə olmadığını qəti şəkildə anlayırsan. Bizim futbolçular artıq futbola Avropa standartlarından baxmağı və çevik futbol fəlsəfəsini mənimsəməyi bacarmalıdırlar."-deyə H.Altıntop fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə