Serxio Ramos zədəsini sağaldaraq İspaniya millisinə qayıtdı!

Serxio Ramos zədəsini sağaldaraq İspaniya millisinə qayıtdı!

Bu axşam "DÇ-2014" çərçivəsində Fransa yığması ilə qarşılaşacaq futbol üzrə İspaniya millisinə sevindirici xəbər gəlib. Siasport.az saytı xəbər verir ki, Piyol və Piquenin zədə ucbatından milli komandaya kömək edə bilməyəcəyi bir vaxtda, "Real"ın forvardı Serxio Ramos, zədəsini sağaldaraq əsas heyətə qayıdıb. Belarusla keçirilən qarşılaşmada zədələnən ulduz futbolçunun bu axşam Fransa millisinə qarşı meydanda ola biləcəyi dəqiqləşib. Komandanın həkimləri artıq onun zədəsinin tam şəkildə sağaldığı barədə rəy veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə