Mahir Şükürov: "Yaxşı pul vəd ediblər"

Mahir Şükürov: "Yaxşı pul vəd ediblər"

Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə oyunu ərəfəsində Rusiya millisi ilə keçirəcəkləri oyun haqda danışıb. Siasport.az saytının məlumatına görə, bu gün qonşu ölkədə millinin heyətində rəqiblə üz-üzə gələcək "Neftçi"nin üzvü "Sovetskiy Sport"a açıqlamasında maraqlı fikirlər səsləndirib: "Rusiya da qrupun favoritidi. Biz İsraillə evdə heç-heçə oynadıq. Ancaq Rusiya millisi səfərdə İsraili 4 cavabsız qolla məğlub etdi. Rusiya millisində Kapellonun işi hiss olunur.

İtaliyalı mütəxəssis Arşavin, Pavlyuçenko və Poqrebnyak kimi futbolçuları milliyə çağırmır. Düşünürəm ki, Kapellonun yığması Dik Advokatın komandasından daha güclüdü.

"Məğlub olsaq da, minimal hesabla olacağıq. Amma heç-heçəyə də bel bağlamaq olar. Əgər biz Rusiyadan xal alsaq, küçələrdə necə bayram olacağını təsəvvür edə bilməzsiniz.

Mükafatı da heç kim ləğv etməyib. Yaxşı pul vəd ediblər. Biz həm pul, həm də ad qazanmaq istəyirik. Odur ki, asan oyun gözləməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə