"Bakı" "Rəvan"a 3 cavabsız qol vurdu

"Bakı" "Rəvan"a 3 cavabsız qol vurdu

Bu gün U-17 Azercell liqasına start verilib. Siasport.az saytının məlumatına görə, "Bakı"nın U-17 komandası ilk oyununa klubun təlim-məşq bazasının stadionunda çıxıb. Komandanın rəqibi "Rəvan" olub. "Bakı"nın böyük üstünlüyü şəraitində keçən oyun meydan sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Əzəmət Qazzayev və Vüqar Namazəliyev (2) imza atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə