Gəncə və Naftalan şəhərləri, eləcə də Samux və Goranboy rayonlarının ərazilərində Azərbaycan Velosiped İdmanı Federasiyasının kuboku uğrunda çoxgünlük ötüşmələr üzrə yarışlar başa çatıb. Siasport.az saytının məlumatına görə, 4 gün davam edən yarışlarda velosipedçilər dörd mərhələdə 426 km məsafə qət ediblər. Fərdi və qrup şəklində yarışlara müxtəlif yaş qruplarından olan 50-dək idmançı, eləcə də qonşu Gürcüstandan olan iki komanda qoşulub.
Dörd mərhələnin nəticələrinə görə U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov qalib olub. Tural Xanmedov ikinci, Bakir Dadaşov isə üçüncü yeri tutub.
U-17 gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Ruslan Hüseynov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. Xosiauri Dimitriy (Gürcüstan) ikinci, Elgün Əlizadə isə üçüncü yerləri tutublar.
Elit - U-23 yaş qurupu üzrə Samir Cəbrayılov bütün mərhələlərdə hamıdan çox xal toplayaraq birinci yerə çıxıb. Aqşin İsmayılov ikinci, Gürcüstan təmsilçisi Georgi Nadiradze isə üçüncü olub.
Beləliklə, ölkəmizdə velosiped idmanının populyarlaşdırılmasına xidmət edən daha bir turnir başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB