Berti Foqts: "Rusiyaya bəlkə lap 2 qol vurduq"

Berti Foqts: "Rusiyaya bəlkə lap 2 qol vurduq"

Bu gün Moskva şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığması ilə keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Hazırda Rəşad Sadıqov müalicə olunur. Onun Rusiya yığması ilə oyunda meydana çıxması üçün əlimizdən gələni edəcəyik. Komandanın kapitanı oynamayanda, çox çətin olur. Rəşad oynamayacağı təqdirdə onu kimin əvəzləyəcəyini bilirik. Lakin bunu açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, Fabio Kapello üçün Sadıqovun oynayıb-oynamamağının elə də fərqi yoxdur. Amma bizim üçün fərqi var. Çünki Rəşad seçmə oyunlarda çox yaxşı təsir bağışlayıb. Meydana çıxacağı halda, ondan yenə eyni oyunu gözləyirik.

Rusiya yığması həmişə güclü olub: 3 il əvvəl də, indi də. Onların Avro-2012-dəki uğursuzluğu təəssüfdoğurur. Rusiya yığmasının, sadəcə, bəxti gətirmədi.

Ötən seçmə mərhələdə Almaniya yığmasına hər 2 oyunda qol vuran yeganə komanda Azərbaycan millisi oldu. Rusiyaya niyə qol vurmayaq ki? Bəlkə də lap 2 qol vurduq. Düzdür, Portuqaliya kimi komanda onlara qol vura bilmədi. Amma futbolda komanda oyunu var.

Oyunun süni meydanda keçirilməsi problem deyil. Azərbaycanda belə meydança çoxdur. "Lujniki"də isə ən yaxşı süni örtük mövcuddur. Burada oynamaq çətinlik yaratmamalıdır. Moskvaya tez gəlməyimiz buranın soyuq havasına uyğunlaşmaq məqsədi daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com