"DÇ-2014" çərçivəsində keçən həftə Rumıniya millisi ilə qarşılaşmadan məğlub ayrılan Türkiyə yığması, sabah səfərdə Macarıstan qarşısında çətin oyuna çıxacaq. Siasport.az saytı xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına qatılmaq üçün şansları möcüzəyə bağlı olan "ay ulduzlular" üçün Macarıstan millisi ilə sabahkı qarşıalşma "ölüm-dirim" məsələsidir. Əgər Türkiyə yığması bu qarşılaşmadan bərabərliklə də olsa ayrılasa, o zaman "ay-ulduzlular" üçün "DÇ-2014" elə bəri başdan bitmiş sayılacaq. xatırladaq ki, Türkiyə yığması sabah dünya çempionatları tarixində 499-ci sınağına çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB