"Simurq" "Dinamo" Tbilisinin bazasında paytaxt təmsilçisi ilə yoxlama görüşü keçirdib. Siasport.az saytının məlumatına görə, maraqlı və gərgin keçən qarşılaşmadan komanda 3:2 hesabı ilə məğlub ayrılıb. Matçın ilk dəqiqələrindən üstün olan Gürcüstan çempionatının lideri 65-ci dəqiqəyə qədər "Simurq"un qapısından 3 cavabsız top keçirib. Lakin bundan sonra özünə gələn "sarı-qaralar" Marçin Burkhardtın və Nicat Qurbanovun səyəsində vurulan qollardan ikisinin cavabını qaytarıblar. Oyunun sonlarına yaxın hesabı bərəbərləşdirmək üçün "Simurq"un şansları olsa da bundan yararlana bilməyib.
Qollar: Xisko, 20" (p), Alvaro, 47", Seturidze, 54"/ Marçin 65", Nicat Qurbanov, 71"
"DİNAMO": Zarkua (Sepiaşvili, 46); Qvelesiani, Rexviaşvili (Qlişiç, 46), Dzaria, Jiqauri (Lekvtadze, 60); Kvaraçxelia, Seturidze, Merebaşvili (Qabaşvili, 78"); Alvaro, Xisko (Robertinyo, 46"); Voskoboynikov (Dvali, 60").
Baş məşqçi: Duşan Uqrin
"SİMURQ": David Pietrzkeiviç; Aleksandr Şemonayev (Mehman Məmmədov, 74"); İlkin Qırtımov (Nicat Qrbanov, 46"); Rasim Ramaldanov; Dilaver Zrnanoviç (Rüstəm Məmmədov, 74"); Qərib İbrahimov (Ruslan Poladov, 46); Murad Səttarlı (Zdravko Popoviç, 32"); Stepan Polyak; Marçin Burkhardt; Asif Mirili; Nenad Stoyanoviç (Rəşad Eyyubov, 77").
Baş məşqçi: Georgi Çixradze
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB