Türkiyədə "Fənərbaxça"nın kapitanı olaraq çıxış etmiş braziliyalı Aleks de Sozuanı vətənində bpöyük coşqu ilə qarşılayıblar. Siasport.az saytı xəbər verir ki İstanbul klubundan qalmaqallı şəkildə ayrılan Aleks, doğulduğu Kurtiba şəhərində minlərlə həmyerlisi tərəfindən alqışlarla qarşılanıb. yüzlərlə futbol azarkeşi ilə xatirə şəkilləri çəkdirən və imza paylayan ulduz futbolçu bildirib ki, hansı komandada çıxış edəcəyini 10 günlük istirahətdən sonra açıqlayacaq. Ulduz futbolçu 15 il bundan əvvəl doğma şəhərini tərk etdiyini deyərək, həmvətənlərinin onu unutmamalarını minnətdarlıqla qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB