Xəbər verdiyimiz kimi, Bakıda "İnter" klubunun futbolçularına bıçaqla xəsarət yetirilmişdi. Siasport.az saytının məlumatına görə, hadisəni törədən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin yaydığı məlumata əsasən, 22-ci polis bölməsinin əməkdaşları "Mamoniya" kafesi yaxınlğında "bankirlər"in qapıçısı Georgi Lomaya və müdafiəçi Valeri Abramidzeni bıçaqlamış şəxsi müəyəynləşdirib. Əməliyyat istintaq tədbirləri nəticəsində onun Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Rafiq Nəsirov olduğu müəyyənləşib və cinayətkar həbs olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB