Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "Ağ at"idman klubunda qol ğüləşi üzrə Bakı şəhər kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Saleh" İK, "Rauf" İK, "Məhsul" İC, "Emir" İK, "Qol güləşi" İK-nın iştirakı ilə 68 idmançı mübarizə aparıb. Nəticələrə görə, I yerlərə 55 kq çəki dərəcəsində Hüseynov Şamo, 60 kq çəki dərəcəsində Amanlı Hüseyn, 65 kq çəki dərəcəsində Musayev İlqar, 70 kq çəki dərəcəsində Vəkilov Qismət, 75 kq çəki dərəcəsində Hüseynov Ənvər, 80 kq çəki dərəcəsində Ələsgərov Ozal, 85 kq çəki dərəcəsində Hüseynov Nuru, 90 kq çəki dərəcəsində Cəmilov Vüsal, 100 kq çəki dərəcəsində Kələyev Şahin, 110 kq çəki dərəcəsində Məhsimov Zöhrab, +110 kq çəki dərəcəsində İsmayilov Şərif layiq görülüblər. Komanda hesabında I yeri "Saleh" İK-u tutub. Qalib gəlmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB