F qrupunda bu gün iki oyun olacaq

DÇ-2014-ün seçmə mərhələsində millimizin mübarizə apardığı F qrupunda bu gün iki oyun keçiriləcək. Siasport.az saytının məlumatına görə, Moskvada Rusiya yığması Portuqaliya millisini qəbul edəcək. İsrail yığması isə Lüksemburq komandasının qonağı olacaq.

Xatırladaq ki, seçmə mərhələdə millimiz növbəti oyununu oktyabrın 16-da Moskvadakı "Lujniki" stadionunda Rusiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə