DÇ Azərbaycanda yüksək səviyyədə təşkil olunub

DÇ Azərbaycanda yüksək səviyyədə təşkil olunub

FIFA və Yerli Təşkilat Komitəsi (YTK) "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012"nin bağlanışı ilə bağlı mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, konfransda FIFA U-17 qadınlararası dünya çempionatı təşkilat komitəsinin üzvü Anastasiya Tsiklas, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və YTK-nın stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov iştirak ediblər.
Mətbuat konfransında bildirilib ki, Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatı yüksək səviyyədə təşkil olunub və oyunların keçirildiyi stadionlar isə dünya standartlarına tam cavab verir.

Mətbuat konfransında səsləndirilən fikirlər barədə daha geniş məlumat dərc edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə