Braziliyanın "Santos" futbol klubunda çıxış edən Neymar, ciddi cəza almaq təhlükəsi ilə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, Braziliya futbolunun yeni ulduzu, "Gremio" ilə keçirilən qarşılaşmada yerə yıxılan rəqibinin ayağını bilərəkdən tapdaladığı üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı. Amma bu, onun üçün sonuncu cəza olmaya bilər. Belə ki, Braziliya mətbuatı, ölkənin ali futbol qurumunun Neymarı 12 oyun cəzalandırmaqla bağlı müzakirələrə başladığı barədə xəbərlər yayıb. "Justicadesportiva" saytı yazır ki, Braziliya Futbol Federasiyasında ulduz futbolçunun ciddi cəzalandırılması ilə bağlı geniş toplantı keçirilib. Bundan əvvəl də bir neçə dəfə bu cür kobud qayda pozuntularına yol verən Neymarın ciddi cəzalandırılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB