Bu gün Bolqarıstan paytaxtı Sofiya şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya çempionatına start veriləcək. Siasport.az saytının məlumatına görə, yeniyetmələrin yarışında ölkəmizi 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Muradov (48 kq), Mehman Xəlilov (52 kq), Bəhruz Rəcəbov (56 kq), Orxan Qarayev (60 kq), Müşviq Mikayılov (65 kq), Xaliq Niftəliyev (70 kq), Fərid Hümbətli (74 kq), Şirin Cavadzadə (81 kq), Ziya Qismətli (87 kq), Zaur Abdullayevdir (+87 kq).
Gənclərin yarışında isə Hüseyn Eyvazzadə (52 kq), Heydər Həşimov (57 kq), Fərid Mikayılov (62 kq), Fərhad Gurbanov (68 kq), Fəqan Əliyev (74 kq), Fazil İsayev (82 kq), Toğrul Verdiyev (100 kq), Abidulla Rəsulov (+100 kq) mübarizə aparacaqlar.
İdmançılarımız Bolqarıstan paytaxtına Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazovun rəhbərliyi altında yollanıblar. Yarışlara oktyabrın 15-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB