Migel Hil: "Atletiko”nun təcrübəsini Azərbaycanda da yaymaq istəyirik"
İspaniyanın "Atletiko" Madrid klubu ilə "Bakı" klubu yoldaşlıq matçı keçirə bilər. Siasport.az saytının məlumatına görə, bu barədə "Atletiko"nun baş meneceri Migel Hil açıqlama verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi klubun ikinci komandasının 2013-cü ildə keçirəcəyi yoxlama görüşləri zamanı "Bakı" ilə də qarşılaşma nəzərdə tutulacaq.
"Səudiyyə Ərəbistanında, Tailandda olduğu kimi, "Atletiko"nun təcrübəsini Azərbaycanda da yaymaq istəyirik. Əməkdaşlıq barədə ilkin təklifi isə "Bakı"nın prezidenti Hafiz Məmmədov hələ Monakoda olarkən irəli sürmüşdü. O, komandamızın məşq metodlarının öz klubunda da tətbiqini istəyir. Müqavilənin 3 illik bağlanması planlaşdırılıb", -deyə qonaq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB