"Atletiko" Madrid klubunun idarə heyətinin sədri Migel Angel Hil Marinin (Miguel Angel Gil Marin) rəhbərlik etdiyi nümayəndə heyəti "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir. Siasport.az saytının məlumatına görə, ispaniyalı qonaqlar "Bakı" futbol klubunun təlim-məşq bazasını ziyarət ediblər. AFFA prezidenti Rövnəq Abdullayev və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun müşayəti ilə bazanı gəzib-dolaşan "Atletiko" rəsmiləri burada gördüklərindən məmnun qalıb və klub infrastrukturuna yüksək qiymət veriblər.
Qeyd edək ki, ispaniyalı futbol mütəxəssislərinin Azərbaycana səfərinin əsas məqsədi "Atletiko" Madrid və "Bakı" futbol klubları arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi barədə müqavilənin bəndlərini müzakirə etməkdir. Adıçəkilən klublar arasında əməkdaşlıq müqaviləsinin yaxın günlərdə imzalanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB