Bu gün "DÇ-2014" çərçivəsində "Şükrü Saracoğlu" stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Rumıniya yığmasında həyəcan hiss olunur. Siasport.az saytı xəbər verir ki, dünən İstanbulda mətbuat konfransı keçirən Rumıniya millisinin baş məşqçisi Viktor Piturka bildirib ki, bu qarşılaşma onun komandası üçün olduqca ağır keçəcək. Baş məşqçi vurğulayıb ki, bu axşamkı qarşılaşmadan Türkiyə millisinin qələbə ilə ayrılmaq şansı daha çoxdur: "Rəqibin heyətində Avropanın adlı-sanlı klublarında çıxış edən futbolçular yer alıb. Bu oyundan məğlub ayrılsaq, o zaman bütün diqqətimizi Hollandiya ilə ev oyununa çevirəcəyik"-deyə baş məşqçi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB