"Fənərbaxça"dan ayrılan braziliyalı Aleks De Souza ilə bağlı yeni bir açıqlamada bu ölkənin nüfuzlu "Palmerias" klubundan gəldi. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Braziliya klubunun prezidenti Arnaldo Tirone bildirib ki, onlar "Fənərbaxça"nın əfsanəvi kapitanını öz komandalarında görmək istəyirlər. Klub prezidenti bildirib ki, artıq klub azarkeşləri də rəhbərlikdən Aleksin transfer olunmasını tələb edirlər: "Biz ona elə bir təklif göndərəcəyik ki, geri çəkilməsi və ya bu təklifi rədd etməsi mümkün deyil"-deyə A.Tirone fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB