Fan Zona əyləncəsi başa çatır

15 sentyabr tarixindən başlayaraq Milli Parkda istirahət edən şəhər əhalisinə böyük əyləncə yaşadan Fan Zona FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatması ilə əlaqədar olaraq artıq bağlanır. Siasport.az saytının məlumatına görə, bir aya yaxındır ki, uşaqlı-böyüklü yüzlərlə insana qucaq açan əyləncə bazarı öz qonaqlarını müxtəlif attraksionlar və hədiyyələrlə sevindirir.

Fan Zonanın bağlanışı ilə əlaqədar olaraq 12 oktyabr tarixində, saat 20:00-da, Milli Parkda böyük və möhtəşəm konsert proqramı təşkil olunacaq. Gənc müğənni Pərvanə Röyalı, estrada ulduzu Manana və "Meridian2 qrupunun iştirakı ilə keçiriləcək konserti məşhur teleaparıcı Tural Əsədov aparacaq. Qeyd edək ki, daim qonaqlarını sevindirən Fan Zonada keçiriləcək konsert proqramı zamanı tamaşaçıları müxtəlif futbol yarışları, lotereyalar və başqa sürprizlər gözləyir.

Nəzərinizə çatdıraq ki, Fan Zonada bundan öncə də dəfələrlə açıq konsert proqramları təşkil olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com