Cümə günü "DÇ-2014" çərçivəsində Rumıniya millisi ilə üz-üzə gələcək Türkiyə millisində yüksək əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, dünən mətbuat konfransı keçirən futbol üzrə Türkiyə millisinin baş məşqçisi Abdullah Avcı, Rumıniya millisi ilə keçirəcəkləri qarşılaşmaya yüksək səviyyədə hazırlaşdıqlarını deyərək, eyni zamanda bu oyunun olduqca dramatik və gərgin keçəcəyini diqqətə çatdırıb: "D qrupunda ikincilik yarışı üçün bu oyunun əhəmiyyəti olduqca böyükdür. Futbolçularım da bunu əla bilirlər. Əgər biz burada Rumıniya millisinə, səfərdə isə Macarıstana qalib gələ bilsək, o zaman Braziliyada keçiriləcək Dünya Çempionatında iştirak barədə fikirləşməyə dəyər. Çünki qarşıdakı bu iki oyun bizim Braziliyada keçiriləcək Dünya Çempionatında iştirakımız baxımından son dərəcə vacibdir"-deyə baş məşqçi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB