Bu gün "İdman" qəzetinin 80 illik yubileyi münasibətilə konfrans keçirilib. Siasport.az saytının məlumatına görə, tədbir "Hilton" otelində baş tutub. Konfransı açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.
İ.İsmayılov Azərbaycanda idman jurnalistlərinin inkişafda olduğunu diqqətə çatdırıb, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının ölkəmizdə təşkil etdiyi "Gənc Jurnalistlər Proqramı" layihəsini yüksək qiymətləndirib, yerli müxbirlərin əcnəbi həmkarları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.
Qeyd edək ki, konfransda media və idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB