Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə Quba Olimpiya Kompleksində partiyaçı gənclər arasında futzal yarışı üzrə zona çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda hər heyətdə 10 nəfər olmaqla Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları üzrə altı komanda iştirak edib.
Püşk atmanın nəticələrinə görə, əvvəlcə oyun Quba və Siyəzən komandaları arasında keçirilib və Quba komandası 1:0 hesabı ilə qələbə qazanıb. Sonra meydançaya Xaçmaz və Qusar komandaları çıxıb. Matçda 5:0 hesabı ilə Qusar komandası qələbə qazanıb. Daha sonra Şabran və Xızı komandaları qarşılaşıb. Bu oyun 6:0 hesabı ilə Şabran komandasının xeyrinə başa çatıb.
Quba komandası Qusar komandası ilə də qarşılaşıb. Matçda 2:1 hesabı ilə Quba komandası qələbə qazanıb.
Quba - Şabran komandaları arasındakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qusar komandası Şabran komandası ilə görüşdə isə 4:1 hesabı ilə qalib gəlib.
Nəticələrinə görə, 7 xalla Quba komandası 1-ci, 6 xalla Qusar komandası 2-ci, 4 xalla Şabran komandası 3-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB