Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası klublararası dünya çempionatında iştirak etmək üçün Qətərin Doha şəhərinə yola düşəcək. Siasport.az saytının məlumatına görə, "Rabitə" komandası səfər öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. "Azəryol Bakı" komandası ilə qarşılaşan "Rabitə" rəqibinə 2:3 hesabı ilə məğlub olub.
"Rabitə" növbəti yoldaşlıq oyununu oktyabrın 10-da Gənclik Olimpiya İdman Kompleksində "Azərreyl" komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB