Yılmaz Vural baş məşqçi oldu

Bir neçə gün bundan əvvəl Bülənt Uygun ilə yollarını ayıran "Elazığspor" futbol klubu, yeni baş məşqçi ilə müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqasında çıxış edən bu komanda, Türkiyənin tanınmış futbol mütəxəssislərindən sayılan Yılmaz Vural ilə anlaşma əldə edib. Y.Vural bundan sonra bu komandanın uğurları üçün çalışacaq. Xatırladaq ki, "Elazığspor" 59 yaşlı Y.Vuralın çalışdıracağı 27-ci futbol komandası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə