Hazırda İspaniyanın "Real" futbol klubunda forma geyən türk əsilli futbolçu Məsut Özil, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Bild" qəzetinə müsahibə verən M.Özil, futbolu zövq almaq üçün oynadığını və bundan məmnun olduğunu dilə gətirib. Kral klubunda əla formada olan futbolçular sırasında yer aldığını deyən M.Özil bildirib ki, o "Mançester Yunayted" və ya başqa bir futbol klubuna getməyi düşünmür. Futbol üzrə Almaniya millisinin türk əsilli futbolçu, "Əgər bu gün "Real"da işlərim əla gedirsə və bu komandanın əsas futbolçularından sayılıramsa, o zaman başqa komandaya keçmək barədə fikirləşmək yersizdir" deyə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB