"İnter" Dünya Çempionatı - 2014 seçmə mərhələsinin oyunlarıyla əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək, yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Siasport.az saytının məlumatına görə, bank klubu oktyabrın 13-də "Şəfa" stadionunda "Qarabağ"la qarşılaşacaq. Oyun saat 18.00-da baş tutacaq.
Qeyd edək ki, "İnter" Azərbaycan milli komandasının sərəncamına 3 futbolçu göndərib - Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov. Abdulla Abasıyev isə gənclərdən ibarət milli komandaya dəvət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB