Futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin yarımfinal mərhələsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, "8 km." stadionunda Koreya Xalq Demokratik Respublikası (KXDR) və Almaniya milli komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun 39-cu dəqiqəsində KXDR-in futbolçusu Kim So Hyanq hesabı açıb. Matçın ilk hissəsi KXDR futbolçularının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra - qarşılaşmanın 47-ci dəqiqəsində K.Hyonq dubl edərək komandasının qələbəsini yaxınlaşdırıb. Oyunun 59-cu dəqiqəsində almaniyalı Rebekka Nnaak hesab arasındakı fərqi azaldıb.
Beləliklə, matç KXDR millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və komanda FİFA U-17 qadınlararası dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Həlledici qarşılaşma oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda KXDR və Fransa yığmaları arasında keçiriləcək. Həmin gün bürünc medal uğrunda isə Qana və Almaniya futbolçuları üz-üzə gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB