Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Bakının klub və cəmiyyətlərini təmsil edən 250-yə yaxın idmançı iştirak edib.
Qadınların yarışında müxtəlif çəki dərəcələrində Turanə Seyidi (52 kq), Fəridə Həsənxanova (57 kq), Şahanə Hüseynova (63 kq), İnna Ostorojnova (70 kq) və Leyla İsgəndərli (70 kq-dan yuxarı) qalib gəliblər.
Kişilərin yarışında Asim Xələfov (60 kq), Turan Seyidov (66 kq), İsmayıl Piriyev (73 kq), Həbib Əliyev (81 kq), Firudin Dadaşov (90 kq), Şahin Məmmədov (100 kq) və Andrey Fatiyev (100 kq-dan yuxarı) ölkə çempionları olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB