III turun bir oyunu keçiriləcək

III turun bir oyunu keçiriləcək

Sabah - oktyabrın 10-da futbol üzrə Azərbaycan I divizionunda III turdan təxirə salınmış bir oyun keçiriləcək. Siasport.az saytının məlumatına görə, "Qala" öz meydanında MOİK klubunu qəbul edəcək. Saat 16:00-da başlayacaq oyun Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

10 oktyabr (çərşənbə)

"Qala" – MOİK
Hakimlər: Ramiz Məhərrəmov, Azad Hüseynov, Akif Əmirəli, Şahin İsayev
Hakim-inspektor: Rəhman Tağıyev
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Bütün xəbərlər Facebook səhifəmizdə