İstanbulun "Qalatasaray" futbol klubunun braziliyalı futbolçusu Felipo Melo, dayanmadan məşq prosei keçir. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim tərəfindən futbolçulara 2 günlük istirahət verilsə də, braziliyalı forvard əvvəlki formasını bərpa etmək üçün məşq prosesinə ara vermir. Keçən mövsüm "Qalatasaray"ın çempionluğunda önəmli pay sahibi olan braziliyalı forvard, yeni mövsümdə əvvəlki formasından uzaqdır. Nə UEFA Çempionlar Liqasında, nə də Superliqada ondan gözləniləni verə bilməyən braziliyalı futbolçu, Türkiyə mətbuatına verdiyi açıqlamada "Qalatasaray" azarkeşlərinin etimadını doğrultmaq üçün var qüvvəsi ilə çalışacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB