"Xəzər Lənkəran" mükafatlandırma mərasimi üçün gəlib

"Xəzər Lənkəran" mükafatlandırma mərasimi üçün gəlib

Beş günlük istirahətdən sonra "Xəzər Lənkəran" yenidən Bakıda toplaşıb. Siasport.az saytı xəbər verir ki, komanda "Happy İnn" otelində məskunlaşaraq Respublika Dövlət Yol Polisinin stadionunda məşq keçir.

"Xəzər Lənkəran"ın bu günlər Bakıda olması futbolçuların oktyabrın 10-da keçiriləcək Premyer Liqanın 2011/12 mövsümünün qaliblərinin mükafatlandırma mərasimində iştirakı ilə bağlıdır. Keçən mövsümün gümüş mükafatçısı olan "Xəzər Lənkəran" tədbirin ertəsi günü, yəni oktyabrın 11-də Lənkərana yollanacaq və növbəti tur oyununa uzun fasilədən sonra doğma məkanda hazırlıq keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə