“Rabitə”nin dünya çempionatına gedəcəyi tarix müəyyənləşib

“Rabitə”nin dünya çempionatına gedəcəyi tarix müəyyənləşib

Azərbaycan çempionu qadınlardan ibarət "Rabitə" voleybol komandasının klublararası dünya çempionatına gedəcəyi tarix müəyyənləşib. Siasport.az saytının məlumatına görə, ötən il qazandığı dünya çempionu titulunu qorumaq üçün Qətərə yollanacaq təmsilçimiz oktyabrın 11-də Dohaya yola düşəcək.

Baş məşqçi Marçello Abbondanzanın yetirmələri Qətərdə ilk sınağına oktyabrın 15-də çıxacaqlar. A qrupunda yer alan komandamızın ilk rəqibi Braziliyanın "Sollis Nestle" klubu olacaq. Oktyabrın 16-da isə "Rabitə" Çinin "Bohay Bank" (Çin) komandası ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə