“Sumqayıt” məşqlərini bərpa edəcək

“Sumqayıt” məşqlərini bərpa edəcək

"Sumqayıt" klubu istirahətə buraxılıb. Siasport.az saytının məlumatına görə, Bernhard Raabın komandası oktyabrın 12-dən etibarən məşqlərə başlayacaq. Komanda gün ərzində 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək.

Qeyd edək ki, "Sumqayıt" FK Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində, oktyabrın 21-də doğma azarkeşləri qarşısında "Rəvan"ı qəbul edəcək.


"Sumqayıt"ın əvəzedici komandası isə bu gündən etibarən hazırlıqlara başlayıb. Vaqif Paşayevin yetirmələri Mazasır qəsəbəsində yerləşən "Əlincə" stadionunda hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə