"Qarabağ"ın 11 futbolçusu hardadı?

"Qarabağ"ın 11 futbolçusu hardadı?

"Qarabağ" klubu yenidən məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, "Kəpəz"lə oyundan sonra komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi. Artıq bazaya yığışan komanda ilk çalışmanı elə bazada reallaşdırıb. "Qarabağ" hazırlıqlarını heç də tam heyətlə yerinə yetirə bilmir. Belə ki, əsas milliyə 6, U-21-ə 3 futbolçu göndərən komandada eyni zamanda Ansi Aqolli Albaniya millisinə yollanıb. Əfran İsmayılov isə zədə səbəbindən kollektiv çalışmalardan kənarda qalıb. "Qarabağ" klubunun 2-ci məşqi isə Suraxanı qəsəbə stadionunda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə