Almaniya millisinin baş məşqçisi "Bakı"nın bazasından danışdı

Almaniya millisinin baş məşqçisi "Bakı"nın bazasından danışdı

Azərbaycanda təşkil olunan FİFA U-17 qızlar arasında dünya çempionatının iştirakçılarının paytaxtımızda ən çox bəyəndikləri yerlərdən biri də "Bakı" futbol klubunun təlim-məşq bazasıdır. Siasport.az saytının məlumatına görə, həlledici oyunlara burada hazırlıq keçən komandaların üzvləri yaradılan şəraitdən, yüksək səviyyəli inftastrukturdan, personalın səmimi münasibətindən məmnun qaldıqlarını gizlətmirlər.
Bazada intensiv məşqlər keçən Almaniya U-17 milli komandasının üzvləri də bu baxımdan istisna deyil. Almaniya U-17 milli komandasının baş məşqçisi Bernhard Anouçka (Anouschka BERNHARD) "Bakı" futbol klubunun televiziyasına verdiyi müsahibədə klub bazasının ideal şərait malik olmasını vurğulamaqla bərabər, rəhbərliyə yaradılan şəraitə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə