"Qəbələ" Rusiyaya yollanır

"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandası oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Young Talents-2012 turnirində iştirak edəcək komanda kubok uğrunda "Barselona", "Zenit", "Rubin", "Spartak" kimi tanınmış rəqiblərlə mübarizə aparacaq. Turnir oktyabrın 15-dək davam edəcək. "Qəbələ" qrup mərhələsində "Zenit" (Rusiya), "Ştik" (Latviya), "Stroqino" (Rusiya) və "Rusiçi Orel" (Rusiya) kollektivləri ilə qarşılaşacaq. Komanda Rusiyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Elməddin Sultanov, Pünhan Hacıbalayev.

Müdafiəçilər: Salman Ələsgərov, Taleh Hacızadə, İdris İnqilablı, Elşad Tağıyev, Nicat Verdiyev.

Yarımmüdafiəçilər: Tamerlan Rizvanov, Fərid İsgəndərov, Veysəl Rzayev, Samir Qurbanov, Nicat Oruclu.

Hücumçular: Orxan Abdullayev, Təbriz İsazadə

Bütün xəbərlər Facebook səhifəmizdə