"Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək"

"Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək"

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Fan Zonasında AFFA və UNICEF Azerbaijan birgə tədbir keçirib. Siasport.az saytının məlumatəna görə, UNICEF Azerbaijanın rəhbəri Mark Hereward çıxış edərək AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işləri xatırladıb. Tədbirdə qadınlardan ibarət BTİ (Təhsil) klubunun oyunçuları və müxtəlif sahələrdə çalışan tanınmış şəxslərdən təşkil olunmuş komandalar arasında yoldaşlıq oyunu keçirilib. Komandaların üzvləri "İdmanla məşğul olaq, sağlamlığımızı qoruyaq", "Zərərli vərdişlərdən uzaq olaq", "Qızlarımızın qayğısına qalaq, erkən nikahlara yox deyək" və s. bu kimi sosial yönümlü şüarlar səsləndiriblər. Yoldaşlıq oyunu 16:7 hesabı ilə BTİ komandasının xeyrinə başa çatıb. Oyundan sonra iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Xatırladaq ki, AFFA və UNICEF Azerbaijan arasında bir ildən artıqdır ki, əməkdaşlıq mövcuddur. Əsas hədəfi U-17 UNICEF qızlar Liqasında çıxış edən klublar olan əməkdaşlıq çərçivəsindəki tədbirlərin əksəriyyətini tədris yönümlü treninqlər təşkil edir. Treninqlər zamanı qızlara sağlam həyat tərzi (sağlam qidalanma, idmanla məşğul olmağın faydası, zərərli vərdişlərin və erkən nikahların mənfi məqamları) və uşaq haqları mövzusunda ətraflı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə