"Qəbələ" FK-nın təlim-məşq bazası ilə tanışlıqdan sonra "Gənc Reportyorlar Proqramı"nın rəhbəri Keir Reydnic fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o gördüklərindən yaxşı mənada təəcübləndirdiyini bildirib: "Burada çox mükəmməl layihələrin reallaşdırıldığının şahidi oldum və gördüklərim məni yaxşı mənada təəcübləndirdi. Əminliklə söyləyə bilərəm ki, "Qəbələ" FK doğru yoldadır. Qəbələdə görülən işlər Azərbaycan futbolunun möhkəm təməllər üzərində inkişaf etməsini təmin edir. Həyata keçirilənlər təkcə futbolla bağlı deyil, bu həm də sosial prosesdir. Belə gözəl, hər cür şəraitə malik bazanın tikilməsi uşaqlara futbolu sevdirir. Bu günün uşaqları isə gələcəyin potensial futbolçuları, məşqçiləri və azarkeşləridir. "Qəbələ"yə layihələrin reallaşdırılmasında uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB