Milllimiz Avropa birinciliyindən 5 medalla döndü

Milllimiz Avropa birinciliyindən 5 medalla döndü

Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. 44,5 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov Gürcüstanı təmsil edən erməni əsilli David Petrosyanı 7:3 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər boksçumuz Pərviz Quliyev (52 kq) yalnız həlledici görüşdə məğlub olaraq, gümüş medala layiq görülüb. Həmyerlimiz finalda irlandiyalı Maykl Nevinə 12:15 hesabı ilə uməğlub olub. 65 kq çəki dərəcəsində yarışan Hacı Dilbazov da vətənə gümüş medalla dönüb. Millimizin üzvü finalda yerli idmançı – Maksim Yemelyanova məğlub olub. Daha iki boksçumuz – Məhəmməd Abdullayev (76+kq) və Malik Həsənov (38,5 kq) isə Avropa birinciliyində 3-cü yerə layiq görülüblər. Yığmamız ümumkomanda hesabında 4-cü yeri tutub. Rusiya 1-ci, İrlandiya 2-ci, Ukrayna isə 3-cü sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə