Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "Climbaku" İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir uğurla başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirin təşəbbüskarı və təşkilat komitəsinin rəhbəri, mərhum dağçı Akif Rüstəmovun yaxın dostu olmuş, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Zirvə" idman klubunun rəhbəri Mövlud Əzizov çıxış edərək, dostunun xatirələrindən söhbət açıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.
Yarışın baş hakimi və federasiyanın idarə heyətinin üzvü Valeri Bağırov yarışda iştirak edəcək idmançıları qaydalarla ilə tanış edib.
Daha sonra mərhum Azərbaycan dağçısı A.Rüstəmovun xatirəsi təşkilat komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edilib və turnirə start verilib.
40-dan artıq idmançının iştirak etdiyi turnir federasiyanın gənc idmançılarından təşkil olunmuş hakimlər tərəfindən idarə edilib.
Nəticələri nəzərinizə çatdırırııq:
Sürət mərhələsi üzrə (qızlar arasında)
1. Könül Hüseynova("Meteor")
2. Diana Xanina ("Blackstone")
3. Təranə Aslanova ("Climb Club")
Sürət mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə ("Ekosport")
2. İlham İsrafilov ("Salavat")
3. Ramal Rəhimxanov ("Salavat")
Çətinlik mərhələsi üzrə (qızlar arasında)
1. Könül Hüseynova ("Meteor")
2. Təranə Aslanova ("Climb Club")
3. Diana Xanina ("Blackstone")
Çətinlik mərhələsi üzrə (oğlanlar arasında)
1. Çingiz Tağızadə ("Ekosport")
2. İlham İsrafilov ("Salavat")
3. Amil Əliyev ("Qafqaz") yerlərin qalibləri olmuşlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB